Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-273/2022 06.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)_2278/21 nömrəli, 26.07.2021-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə, Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2278/21 nömrəli, 26.07.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1298 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təminin edilməsi tələb edilmişdir. Lakin borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. İcra sənədi qanuna müvafiq qaydada icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclunun bünədək cəmi 1328 manat məbləğində borcu qalmışdır. Borclu həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2278/21 nömrəli, 26.07.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu müqavilə üzrə yaranmış 1180 manat əsas borc, 118 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materialarına əlavə edilmiş 13.09.2021-ci il tarixli bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2278/21 nömrəli, 26.07.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan 30.09.2021-ci il tarixli SMS bildirişin göndərilməsi barədə çıxarışdan görünür ki, Borclu icra sənədinin icrası ilə əlaqədar olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə çağırılmışdır. İş materiallarında olan 03.03.2022-ci il tarixli qərarla Borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə borclunun hər hansı üzrlü səbəb olmadan icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyası, Vernekamens rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan Borclu Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2278/21 nömrəli, 26.07.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №8(043)-273/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-273/2022
06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver