Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-279/2022 06.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, icra işi üzrə Borclu iştirakı ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1920/2021 nömrəli, 04.08.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1920/2021 nömrəli, 04.08.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1549 manat və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyirinə ödənilməlidir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təminin edilməsi tələb edilmişdir. Lakin borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. İcra sənədi qanuna müvafiq qaydada icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclu bügünədək cəmi 1579 manat məbləğində borcu qalmışdır. Borclu həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi qaydada Gəncə şəhəri üzrə İcra idarəsinə gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu bildirdi ki, ********** mobil telefon nömrəsi onun istifadəsindədir, lakin Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatında olan icra sənədi və sms bildiriş barədə onun məlumatı olmamışdır. Onu icra məmuru heç vaxt çağırmamışdır. Buna görə də təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun izahatını dinləyib təqdimata əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon 2(043)-1920/2021 nömrəli, 04.08.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 1549 manat və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyirinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 16.09.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1920/2021 nömrəli, 04.08.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan 29.09.2021-ci il tarixli SMS bildirişin göndərilməsi barədə çıxarışdan görünür ki, Borclu icra sənədinin icrası ilə əlaqədar olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə çağırılmışdır. İş materiallarında olan 03.03.2022-ci il tarixli qərarla Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə borclunun icra işi barədə məlumatlı olmaması və ona SMS bildirişin göndərilməməsinə dair izahatına tənqidi yanaşaraq qeyd edir ki, SMS bildiriş “Elektron icra” informasiya sistemi vasitəsilə göndərildiyindən bu bildirişin göndərilməsi barədə çıxarışın əldə edilməsi yalnız SMS şəxsə çatdırıldığı halda mümkündür. Bu isə borclunun icra məmuru tərəfindən çağırıldığını, lakin onun hər hansı üzrlü səbəb olmadan çağırışa getmədiyini təsdiq edir. Ona görə də təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1981-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Ağdam rayonu, Ağdamkənd sahəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1920/2021 nömrəli, 04.08.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №8(043)-279/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-279/2022
06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver