Məhkəmə qərarları › İş №8(043)-282/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-282/2022

29.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-282/2022 29.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2(043)-3474/2021 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 məhkəməyə təqdimat verərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2(043)-3474/2021 nömrəli icra sənədi üzrə Borclu icra idarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2(043)-3474/2021 saylı icra sənədinə əsasən Borclu 3123 manat və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclu bu günkü tarixə cəmi 3153 manat borcu qalmaqdadır. Borclu həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Təqdimata baxılması ilə əlaqədar işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.3 maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunan qanunvericilikdən görünür ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində icra məmuru müvafiq qərar qəbul etdikdən və həmin qərardan şikayət verilmədikdə borclunun məcburi gətirilməsi barədə təqdimat verilə bilər. Lakin icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qəbul etdiyi qərarı borcluya təqdim etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı borcluya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməsi barədə hər hansı bildiriş verilməsini təsdiq edən sənəd təqdimata əlavə edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2(043)-3474/2021 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar