Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-292/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, X1 katibliyiilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(043)-520/2021 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimata məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(043)-520/2021 nömrəli icra sənədi üzrə Borclu icra idarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(043)-520/2021 saylı icra sənədinə əsasən Borclu 1480 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclu bu günkü tarixə cəmi 1510 manat borcu qalmaqdadır. Borclu həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yaymır. Təqdimata baxılması ilə əlaqədar işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Borclu Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(043)-520/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirildiyi yerə icra məmurunun çağırışı üzrə gəlməkdən yayınaraq, icra sənədini könüllü olaraq icra etməmiş, borcu ödəməkdən yayınmışdır. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsini və icra məmurunun çağırışı üzrə onun icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(043)-520/2021 saylı icra sənədi üzrə borclu xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Gəncə şəhəri BPİ-i 2-ci polis şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №8(043)-292/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-292/2022
10.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver