Məhkəmə qərarları › İş №8(043)-344/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-344/2022

24.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-344/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(043)-2575/2021 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 məhkəməyə təqdimat verərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(043)-2575/2021 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-2575/2021-006 nömrəli, 09.08.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 6000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 25.02.2022-ci il tarixində Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş,bununla yanaşı borcluya təqdim edilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir, tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Bununla yanaşı borcluya xəbərdarlıq verilmiş və izahatı alınmış qanunun tələbləri ona izah edilmişdir. Bundan əlavə borclunun əmlak vəziyyətini yoxlamaq üçün borclunun yaşadığı ünvana baxı keçirilmiş. Evdə tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbkar idarəyə ərizə ilə müraciət etmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında Tələbkar izahatında göstərdi ki, borclu borcunu qərəzli olaraq ödəməkdən yayınır.Təqdimatın təmin olunmasını xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar işdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata işdə iştirak edən digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(043)-2575/2021 saylı, icra vərəqəsindən görünür ki, Borclu 6000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan xəbərdarlıqdan görünür ki, Borclu icra sənədini icra etməsi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Borclu Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(043)-2575/2021 nömrəli icra sənədinə əsasən tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, tələbi könüllü icra etməmiş və icra etməkdən boyun qaçırmışdır. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində məhkəmə qətnaməsinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə borcunu tam şəkildə ödəyənə kimi məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(043)-2575/2021 nömrəli icra sənədi üzrə borclu xx.xx.1969-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar