Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-113/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Borclu, Tələbkar iştirakı ilə, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2(044)-2474/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2(044)-2474/2020 nömrəli, 24.09.2020ci il tarixli icra sənədinə əsasən borclu 24.08.2020-ci il tarixdən başlayaraq, borclu xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, 2-ci döngə, ev 6-da qeydiyyatda olan Borclu 29.07.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat və uşaq 3 yaşına çatanadək hər ay 30 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək icra sənədi 12.11.20-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Borcluya Borclu bugünki tarixə 600 manat aliment borcu yaranmışdır. Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə dəvət olunmuş, həmçinin icra sənədi üzrə müəyyən olumuş borcu ödəməcəyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq edilmişdir. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığından, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2.1ci, 2.2.2-ci və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş bürün tələblər yerinə yetirilmişdir.Odur ki, göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə borc və icra ödənişi tam şəkildə ödənilənədək iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, sonuncu dəfə dekabr, yanvar ayında aliment borcundan ödəniş etmiş və bu barədə icra məmuruna da məlumat vermişdir. Sonda borclu Oksigen zavodunda, operator, yardım xidmətində işlədiyini borcunu ödəməsi ilə heçbir maddi probleminin olmadığını, təqdimatın rədd edilməsini xahişetmişir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Şamxalla barışıb bir ay biryerdə yaşadıqdan sonra dekabrn 11-də yenidən ayrılmışlar. Şamxal dekabr ayından bəri aliment borcundan ödəniş etməmişdir. Sonda o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimatı vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2 və 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunan normanın məzmununa görə icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Lakin borclu və tələbkarın izahatlarından məlum olmuşdur ki, sonuncu dekabr ayına kimi ödənişlər etmiş, həmçinin onun daimi iş yeri vardır. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi halı mövcud olmadığından borclu icra sənədini icra etməməyə görə təqsirli hesab edilə bilməz və onun barəsində məsuliyyət tədbirinin tətbiq edilməsi qanuni olmamaqla yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2(044)-2474/2020 saylı icra sənədi Borclu tərəfindən imkan daxilində icra olunduğu və həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməmə faktı olmadığı üçün təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2(044)-2474/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-113/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-113/2022
16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver