Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-114/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımovun borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımov borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Ali Məhkəmənin 15.03.2021-ci il tarixli, 2(102)-81/2021 saylı icra sənədinə əsasən borclu X2 90.000 (doxsan min) manat borc tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Tərəflər və təqdimat vermiş şəxs təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata tərəflərin və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı borclu X4 bildiriş göndərilməsinə, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, borclu borcunu ödəməmiş və ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmanəti, əmlakı və gəlirləri barəsində müvafiq idarə və təşkilatlara sorğular edilərək heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab etmişdir. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1963-cü il təvəllüdlü, Gəncə şəhəri, Atatürk prospekti, 225 ünvanda qeydiyyatda olan X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Ali Məhkəmənin 15.03.2021-ci il tarixli, 2(102)-81/2021 saylı icra sənədinə əsasən borclu X1 icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materillarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Ali Məhkəmənin 15.03.2021-ci il tarixli, 2(102)-81/2021 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, borclu X3 ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu X3 ölkədən getmək hüququ müvəqqəti, yəni Ali Məhkəmənin 15.03.2021-ci il tarixli, 2(102)-81/2021 saylı icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-114/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-114/2022
10.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver