Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-117/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2683/2021 saylı, 15.07.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2683/2021 saylı, 15.07.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1116 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, icra sənədi qanuna müvafiq qaydada icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclunun icra sənədində qeyd olunan ünvanına bir neçə dəfə bildiriş və xəbərdarlıqlar göndərilərək, Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilmişdir. Lakin buna baxmayaraq borclu heç bir üzrlü səbəb göstərmədən İcra İdarəsinə gəlməmiş və gəlməkdən qərəzli olaraq yayınmışdır. Bundan əlavə, Borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə borcunu tam şəkildə ödəməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası İcra haqqında qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, Azərbaycan Respublikası İcra haqqında qanunun 84.2-ci maddəsini rəhbər tutaraq Gəncə şəhəri, Gülüstan qəs., 28/32 ünvanında qeydiyyatda olan İ Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 26.11.2021-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2683/2021 saylı, 15.07.2021-ci il icra sənədi üzrə borclu – xx.xx.1998-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-117/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-117/2022
16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver