Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-122/2022 28.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, 12-saylı ƏVBİ-nin **********530900 nömrəli 08.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar tələbin Borclu məxsus Qaz 33021 yük markalı ** NS *** dövlət nömrə nişanlı və Qaz 3302 yük markalı ** DP *** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cərimə meydançasına yerləşdirilməsi və tələbin həmin əmlaklara yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12-saylı ƏVBİ-nin **********530900 nömrəli 08.02.2021-ci il tarixli qərarına əsasən Borclu 6558.18 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi 16.05.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 18.05.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və 12-saylı ƏVBİ-nə göndərilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilsədə, lakin borclu tələbi könüllü icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.2-ci, 45.6 maddəsinə borclunun tələbi yönəldə biləcək əmlakının olub-olmaması barədə aidiyyəti orqanlara sorğu verilmişdir. Məlum olmuşdur ki, Qaz 33021 yük markalı **-NS-*** dövlət nömrə nişanlı və Qaz 3302 yük markalı **-DP-*** dövlət nömrə nişanlı avtomobillərin Borclu adına qeydə alınmışdır.Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 45-ci və 50-ci maddələrini rəhbər tutaraq Borclu məxsus Qaz 33021 yük markalı **-NS-*** dövlət nömrə nişanlı və Qaz 3302 yük markalı **-DP-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyularaq, cərimə meydançasına yerləşdirilməsinə və tələbin həmin əmlaklara yönəldilməsinə dair təqdimata baxılmasını xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildirişlər verilmiş, lakin tələb icra olunmamış, bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. İş materiallarında olan Elektron İcra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu məxsus Qaz 33021 yük markalı ** NS *** dövlət nömrə nişanlı və Qaz 3302 yük markalı ** DP *** dövlət nömrə nişanlı qeydiyyat nişanlı avtomaşınlar vardır. Məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığından tələb borcluya məxsus olan əmlaka yönəldilməli və həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Lakin bununla belə məhkəmə İcra haqqında Qanunun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin əmlaka yönəldilməsi prosedurlarından yalnız əmlakın üzərinə həbs qoyulması məhkəmənin səlahiyyətinə aid edildiyindən və tələbin əmlaka yönəldilməsinin digər mərhələləri, yəni qanunvericilikdə avtomobilin tutularaq cərimə meydançasına salınması kimi məcburi icra tədbiri nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı qismən təmin edilsin. 12-saylı ƏVBİ-nin **********530900 nömrəli 08.02.2021-ci saylı icra sənədi üzrə tələb Borclu məxsus Qaz 33021 yük markalı ** NS *** dövlət nömrə nişanlı və Qaz 3302 yük markalı ** DP *** dövlət nömrə nişanlı avtomobillərin üzərlərinə həbs qoyulsun və tələb həmin əmlaklara yönəldilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-122/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-122/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver