Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-132/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Tələbkar X2 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 04.02.2014-cü il tarixli, 2(051)-2349/2014 saylı icra sənədinin icrası ilə əlaqədar borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2349/2014 saylı 04.02.2014-cü il tarixli icra sənədinə əsasən borclu X1 tərəflərin birgə nikahlarından doğulmuş 25.08.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi icra məmuru X9 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, tələbin könüllü icrası haqqında borcluya bildiriş şəxsən imza etdirməklə təqdim edilmişdir. Lakin tələb borclu X6 tərəfindən könüllü təmin edilməmişdir. Borclu X6 icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq olunmuşdur. Borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığı üçün “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında təlimat”ın 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş bütün qaydalar həyata keçirilmişdir. Yəni borclu X3 adına bankda pul vəsaitinin, depozitinin, əmanətin habelə daşınar və yaxud daşınmaz əmlakının olub olmamasına dair aiddiyatı dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlak aşkar etmək mümkün olmamışdır. Bütün bu xəbərdarlıqlara, qanunvericilikdə nəzərdə tutulmuş qaydalar ona izah olunmasına baxmayaraq X6 öz hərəkətsizliyi ilə, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığını sübutla yetirmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq, borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar X7 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X5 təqdimatı təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 04.02.2014-cü il tarixli, 2(051)-2349/2014 il tarixli icra sənədi üzrə borclu 13.05.1982-ci il tarixdə Samux rayonu, Nəbiağalı qəsəbəsində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X3 ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-132/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-132/2022
17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver