Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-137/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, 12 saylı ƏVBİ-nin **********548200 nömrəli, 08.02.2021-ci il tarixli qərarına əsasən Borclu məxsus Daşkəsən rayou Qazaxyolçular kəndində yerləşən 0.02 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 12 saylı ƏVBİ-nin **********548200 nömrəli, 08.02.2021-ci il tarixli qərarına əsasən Borclu 4769.90 manat məbləğində vergi borcu tutuluraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədi 19.05.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 21.05.2021-ci 11 tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş surəti tərəflərəvə 12-saylı ƏVBİ-nə göndərilmişdir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək borclu X2 adına olan Daşkəsən rayou Qazaxyolçular kəndində yerləşən 0.02 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq, tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırılmışdır ki, Borclu tələbin könüllü 1crası haqqında bildiriş göndərilsədə, lakin borclu tələbi könüllü icra etməmişdir.“İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.2-ci, 45.6 maddəsinə borclunun tələbi yönəldə biləcək əmlakının olub-olmaması barədə aidiyyəti orqanlara sorğu verilmişdir. Məlum olmuşdur ki, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 0.02 ha torpaq sahəsi Borclu adına qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 45-ci və 50-ci maddələrini rəhbər tutaraq Borclu məxsus Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 0.02 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq, tələbin həmin əmlaka yönəldilməsinə dair təqdimata baxılmasını xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələblərin könüllü icraları barədə borclulara bildirişlər verilmiş, xəbərdarlıq edilmiş, lakin tələb icra olunmamış, bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. İş materiallarında olan Elektron İcra İnformasiya sistemindən çıxarışdan görünür ki, Borclu adına Daşkəsən rayou Qazaxyolçular kəndində yerləşən 0.02 ha torpaq sahəsi vardır. Məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığından borcluya məxsus olan əmlakın üzərinə həbs qoyulmalı və tələb həmin əmlaka yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. 12 saylı ƏVBİ-nin **********548200 nömrəli, 08.02.2021-ci il tarixli qərarına əsasən Borclu məxsus Daşkəsən rayou Qazaxyolçular kəndində yerləşən 0.02 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun və tələb həmin avtomobilə yönəldilsin. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-137/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-137/2022
17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver