Məhkəmə qərarları › İş №8(044)-143/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-143/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-143/2022 28.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi Binəqədi Rayon Məhkəməsinin 2(001)-1904/19 saylı, 21.05.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin 2(001)-1904/19 saylı, 21.05.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1500 (min beş yüz) manat məbləğində siğorta ödənişi, habelə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınaraq, Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, icra sənədi 31.05.2019-cu il il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və tərəfindən Borclu tələbin könüllü icrası ilə bağlı bildiriş poçt vasitəsi ilə göndərilmiş, lakin borclu tələbi könüllü icranı təmin etməmiş və icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırmışdır. Eyni zamanda 24.01.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Bununla yanaşı borclunun əmlakı, gəliri, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmaması barədə sorğu verilmiş, lakin X1 əldə edilmiş məlumata əsasən borclunun adına heç bir əmlak, gəlir, bank hesabı və digər kredit təşkilatlarda pul vəsaiti olmadığı müəyyən edilmişdir. Bundan əlavə Borclu qeydiyyatda olduğu ünvana Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməsi üçün xəbərdarlıqlar göndərilmiş lakin, borclu çağırış üzrə idarəyə gəlməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 maddəsini rəhbər tutaraq Binəqədi Rayon Məhkəməsinin 2(001)-1904/19 saylı, 21.05.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi gətirilməsi barədə təqdimata baxılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 24.01.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru X2 təqdimatı təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1904/19 saylı, 21.05.2019-cu il tarixli icra sənədi üzrə borclu – xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar