Məhkəmə qərarları › İş №8(044)-148/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-148/2022

29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-148/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2004-cü il tarixli, 2(044)- 233/2004 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ülvi Əlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ülvi Əlizadə məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2004-cü il tarixli, 2(044)-233/2004 saylı icra sənədinin icrası ilə bağlı Borclu 6.480.934 (altı milyon dörd yüz səksən min doqquz yüz otuz dörd) manat məbləğində pul vəsaitinin və ödənilmiş 99.000 manat dövlət rüsumu (1.297) alınaraq tələbkar İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xeyrinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ülvi Əlizadə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra vərəqəsi 19.12.2014-cü il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 23.12.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş verilmiş və idarəyə dəvət edilmişdir. Lakin borclu tələbi könüllü icra etməmiş və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müxtəlif bəhanələr gətirərək qərəzli olaraq icraatdan yayınmışdır. Aparılmış icra tədbirləri nəticəsi olaraq borclunun ünvanına gedilsə də, onları evdə tapmaq mümkün olmamış, aparılmışdır. Aparılmış icra tədbirlərinə baxmayaraq, Borclu idarəyə gətirilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2004-cü il tarixli, 2(044)-233/2004 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 17 yanvar 2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarından görünür ki, Borclu məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2004-cü il tarixli, 2(044)- 233/2004 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar