Məhkəmə qərarları › İş №8(044)-149/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-149/2022

29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-149/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 12 aprel 2021-ci il tarixli icra qeydinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyevanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyeva məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 12 aprel 2021-ci il tarixli icra sənədinə əsasən borclu xx.xx.1993-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, Gəncə şəhəri, Gülüstan qsəəbəsi, ev 28, mənzil 32-də qeydiyyatda olan Borclu cəmi 447.28 (dörd yüz qırx yeddi manat, iyirmi səkkiz qəpik) manat mabləğində pul tutulmalıdır. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyeva təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 13.04.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş göndərilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq bugünki tarixə qədər borclu borcunu ödəməmiş və Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməmişdir. Belə olduğu halda Borclu hərəkəti icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxs kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 12 aprel 2021-ci il tarixli icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 13 aprel 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, icra sənədində göstərilən tələbin könüllü icrası üçün borcluya 10 gün vaxt verildiyi göstərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 şəhəri 5 saylı Notariat Ofisinin 12 aprel 2021-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi haqqında 19 may 2021-ci il tarixdə qərar qəbul etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 12 aprel 2021-ci il tarixli 8İ-2446 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar