Məhkəmə qərarları › İş №8(044)-150/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-150/2022

17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-150/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli, 2(043)- 3025/2017 saylı icra sənədi ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli, 2(043)- 3025/2017 saylı, icra sənədinə əsasən tələbkar X4 ASC-nin xeyrinə borclular Borclu və X1 müştərək qaydada cəmi 5601.79 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalov məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırmışdır ki, tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilmiş və idarəyə dəvət edilmişdir. Lakin Borclu tələbi könüllü icra etməmiş və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müxtəlif bəhanələr gətirərək qərəzli olaraq icraatdan yayınmışdır. Aparılmış icra tədbirlərinə baxmayaraq Borclu idarəyə gətirilməsi mümkün olmamışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, həmin icra sənədinin icrası ilə əlaqədar cavabdeh Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 26.04.2018-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru İlkin Zeynalovun təqdimatı təmin edilsin. xx.xx.1974-cü ildə ünvan 1 ünvanında yaşayan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar