Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-152/2022 28.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi 12-saylı ƏVBİ-nin **********841400 nömrəli 30.03.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu MMC-nin rəhbəri X2 məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 12-saylı ƏVBİ-nin **********841400 nömrəli 30.03.2021-ci il tarixli icra sənədinə əsasən borclu Karvansaray Turay MMC-dən 4160.45 manat və 12 saylı ƏVBİ-nin **********549700 nömrəli 28.01.2020-ci il tarixli icra sənədinə əsasən borclu Karvansaray Turay MMC-dən 22957.90 manat cəmi 67747.74 (altmış yeddi min yeddi yüz qırx yeddi manat yetmiş dörd qəpik) vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, icra sənədi 20.04.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 21.04.2021-ci il tarixində və 13.02.2020-ci il tarixdə icraata daxil olmuş və 14.02.2020ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş surəti tərəflərə və 12-saylı ƏVBİ-nə göndərilmişdir. Borclu Karvansaray Turay MMC-yə tələbin könülü icrası haqqında bildiriş və çağrış vərəqəsi poçt vasitəsilə göndərilmişdir. Lakin borclu Karvansaray Turay MMC tələbi könüllü icra etməmiş və çağrışa gəlməmişdir. 23.06.2021-ci il tarixli borclu Karvansaray Turay MMC-nin rəhbəri X4 xəbərdarlıq göndərilsə də, lakin borclu Gəncə şəhər üzrə İcra İdarəsinə gəlməmiş və gəlməmək səbəbin bildirməmişdir. İcra sənədinin icrası ilə bağlı 28.07.2021-ci il tarixdə borclu Karvansaray Turay MMC-nin rəhbəri X4 məcburi gətirilmə barədə qərar və xəbərdarlıq göndərilərək Gəncə şəhər üzrə İcra İdarəsinə gəlməsi və borcunun ödənilməsi üçün vaxt verilsə də, Gəncə şəhər üzrə İcra İdarəsinə gəlməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 maddəsini rəhbər tutaraq Gəncə şəhəri, ünvan 1 ünvanında yaşayan borclu Karvansaray Turay MMC-nin rəhbəri X2 Gəncə şəhər üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə təqdimata baxılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 28.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru X3 təqdimatı təmin edilsin. 12-saylı ƏVBİ-nin **********841400 nömrəli 30.03.2021-ci il tarixli icra sənədi üzrə borclu – Gəncə şəhəri, ünvan 1 ünvanında yaşayan X1 şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-152/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-152/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver