Məhkəmə qərarları › İş №8(044)-153/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-153/2022

13.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-153/2022 13.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, X1 iştirakı ilə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(044)- 2149/2020 saylı icra sənədi üzrə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(044)- 2149/2020 saylı icra sənədinə əsasən borclu X7 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 345 manat sabit pul məbləğində aliment tutularaq X2na ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən təqdimat verilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-23/2021 nömrəli, 29.01.2021ci il tarixli qərardadına əsasən borclu X8 məxsus Vaz 21140 minik markalı, 20CJ756 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X2 məhkəməyə ərizə verərək borclu X8 məxsus Vaz 21140 minik markalı, 20CJ756 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar ərizəni onunla əsaslandırılmışdır ki, borclunun əmlakının üzərinə həbs qoyulduqdan sonra həmin avtomobilin uzun illərdir ki, etibarnamə əsasında X4 və sonuncunun istifadəsində olduğu müəyyən olunmuşdur. Buna görə də həmin avtomobil borclunun istifadəsində olmadığı üçün üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.8. və 158.4. maddələrinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən, mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 163.1. maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir və bu verilmə o zaman baş tutur ki, əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olur; 164.1. maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq saylır; 165.1. maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər; 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir; 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər; 182.1-ci maddəsinə əsaüsən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşin faktiki hallarından görünür ki, borclu X8 məxsus Vaz 21140 minik markalı, 20CJ756 dövlət qeydiyyat nişanlı avtomobilin hazırda məhkəmə qərardadı ilə üzərinə həbs qoyulduğundan, vicdanlı alıcı olan X11 əldə etdiyi mübahisəli avtomobil üzərində mülkiyyətçi kimi sahiblik, istifadə etmək və sərəncam vermək səlahiyyətlərini həyata keçirmək imkanından məhrum olmuşdur. Məhkəmə tələbkarın xahişini nəzərə alaraq hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(044)-2149/2020 saylı icra sənədinə əsasən borclu X8 məxsus Vaz 21140 minik markalı, 20CJ756 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-23/2021 nömrəli, 29.01.2021-ci il tarixli qərardadına əsasən borclu X8 məxsus Vaz 21140 minik markalı, 20CJ756 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar