Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-157/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3075/21 saylı 04.11.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-3075/2021 saylı, 04.11.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 3039 (üç min otuz doqquz) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq tələbkar “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, icra vərəqəsi 10.01.2022-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 11.01.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və Gəncə şəhər Nizami rayon əhkəməsinə göndərilmişdir. Bununla bağlı Borclu tələbin könüllü icrası haqqında yildiriş verilmiş və idarəyə dəvət edilmişdir. Lakin borclu tələbi könüllü icra etməmiş və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müxtəlif bəhanə gətirərək qərəzli olaraq icraatdan yayınmışdır. Aparılmış icra tədbirlərinin nəticəsi olaraq borclunun ünvanına gedilsə də onu evdə tapmaq mümkün olmamışdır. Aparılmış ica tədbirlərinə baxmayaraq Borclu idarəyə gətirilməsi mümkün olmamışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan tespublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq Gəncə şəhəri Nizami rayon Təhkəməsinin 2(044)-3075/2021 saylı, 04.11.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 04.02.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3075/21 saylı 04.11.2021-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-157/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-157/2022
30.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver