Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-161/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1436/2015 nömrəli, 27.04.2015ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Ruslan Əlizadə tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1436/2015 nömrəli, 27.04.2015ci il tarixli icra sənədinə əsasən Borclu 15.05.2004-cü il təvəllüdlü X1 və 29.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 12.03.2015-ci il tarixindən başlayaraq hər ay hər bir uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Ruslan Əlizadə məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi 09.06.2015-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirşlə bərabər tələbin könüllü icrası üçün Borclu oğlunun icra sənədində göstərilən Gəncə şəhəri, Kəpəz ray.,ünvan 1 ünvanına göndərilmişdir. Borclu oğlu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsayılı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə getməkdən boyun qaçırmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, həmin icra sənədinin icrası ilə əlaqədar cavabdeh Borclu oğlunun Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 07.02.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru Ruslan Əlizadənin təqdimatı təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü, Gəncə şəhəri, Kəpəz ray.,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu oğlu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №8(044)-161/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-161/2022
17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver