Məhkəmə qərarları › İş №8(044)-165/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-165/2022

29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-165/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Borclu məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.04 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynov təqdimat verərək Borclu məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.04 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(044)-915/2014 saylı icra vərəqəsinə əsasən Borclu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə cəmi 3614,61 (üç min altı yüz on dörd ABŞ dolları, altmış bir sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 26.05.2014-cü il tarixdə icraata daxil olmuş, 27.05.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İcra sənədinin icra olunması üçün Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də, lakin borclu tərəfindən tələb könüllü icra edilməmişdir. Borclu məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulması üçün təqdimatla Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 8(044)-337/2015 saylı qərardadı ilə Borclu məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar Tələbkar ASC-nin 01.03.2022-ci il tarixli məktubuna asasən Borclu banka olan borcunun tam ödənildiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci, 50.2-ci və 20-ci maddələrin rəhbər tutaraq Borclu Qafar oğluna məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(044)-915/2014 saylı icra sənədi üzrə 27.05.2014-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 8(044)-337/2015 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Tələbkar ASC-nin 01.03.2022-ci il tarixli, 125 saylı arayışının surətindən görünür ki, Borclu 21.05.2012-ci il tarixli, 026CARL121420001 saylı kredit müqaviləsinə əsasən Tələbkar ASC-nin Goranboy filialından götürdüyü 6500 (altı min beş yüz) ABŞ dolları borcunu tam ödəmişdir. Hazırda Borclu oğlunun Tələbkar ASCyə kredit borcu yoxdur. İş materiallarına əlavə edilmiş 01.03.2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(044)-915/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Borclu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(044)-915/2014 saylı icra sənədi üzrə borcu tam olaraq ödədiyindən təqdimat təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 8(044)-337/2015 saylı qərardadı ləğv olunmalı Borclu məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 8(044)-337/2015 saylı qərardadı ləğv olunsun. Borclu məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.04 ha torpaq sahəsinin üzərindən həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar