Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-170/2022 31.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(044)- 8/2020 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(044)-8/2020 saylı icra sənədinə əsasən borclular Borclu və X1 müştərək qaydada 6436.60 (altı min dörd yüz otuz altı manat, altmış qəpik) manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Tələbkar ASC-nin xeyrinə, ödənilməmiş 10 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi qanuna müvafiq qaydada icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclunun icra sənədində qeyd olunan ünvanına bir neçə dəfə bildiriş və xəbərdarlıqlar göndərilərək Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilmişdir. Lakin buna baxmayaraq borclu üzrlü səbəb göstərmədən İcra İdarəsinə gəlməmiş və gəlməkdən qərəzli olaraq yayınmışdır. Bundan əlavə, Borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə borcunu tam şəkildə ödəməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Odur ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinəi rəhbər tutaraq ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanda qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, icra sənədi üzrə 05 noyabr 2020-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq borcluya göndərilmiş, 08 fevral 2022-ci il tarixdə Borclu barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmiş, borcluya göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(044)- 8/2020 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 3 ünvanda qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-170/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-170/2022
31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver