Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-180/2022 31.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Borclu iştirakı ilə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(044)-3167/21 saylı icra sənədi üzrə Borclu məcburi qaydada gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3167/21 saylı, 26.08.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 483 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı onunla əsaslandırılmışdır ki, tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclu bu günkü tarixə cəmi 503 manat borcu qalmaqdadır. Borclu həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(044)-3167/21 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu bildirmişdir ki, o, 05.10.2021-ci il tarixdə icra məmurunun çağırışı ilə icra idarəsində olmuş, izahat vermişdir. Bundan sonra onu icra idarəsinə dəvət etməmişlər, icra idarəsindən ona hər hansı bildiriş göndərilməmişdir. Hazırda məhkəmədən bildiriş göndərildiyi üçün o, məhkəmə iclasına gəlmişdir. O, icra sənədinin icrasından yayınmır, sadəcə olaraq ona məlumat verən olmamışdır. İcra məmuru və tələbkara məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci və 84.3-cü maddələrinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materiallarına nəzər saldıqda isə görünür ki, borclu 05.10.2021-ci il tarixdə icra idarəsində olaraq izahat vermiş, həmin tarixdən sonra borclunun icra idarəsinə dəvət olunmasını təsdiq edən sənədlər işə əlavə edilməmiş, icra məmuru tərəfindən sadəcə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul olunmuşdur. Borcluya məlumat verilmədiyi üçün onun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(044)-3167/21 saylı icra sənədi üzrə borclu Borclu məcburi qaydada gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-180/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-180/2022
31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver