Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-201/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, 12-saylı ƏVBİ-nin **********286800 nömrəli 17.11.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borcluya məxsus “Vaz 21103” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması, cərimə meydançasına yerləşdirilməsi və tələbin həmin əmlaka yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 12-saylı ƏVBİ-nin **********286800 nömrəli 17.11.2020-ci il tarixli qərarına əsasən Borclu 400.13 (dörd yüz manat on üç qəpik) manat qərarına əsasən vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək təqdimatı onunla əsaslandırmışdır ki, İcra sənədi 25.01.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 27.01.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş surəti tərəflərə və 12-saylı ƏVBİ-nə göndərilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilsədə, lakin borclu tələbi könüllü icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.2-ci, 45.6 maddəsinə borclunun tələbi yönəldə biləcək əmlakının olub-olmaması barədə aidiyyəti orqanlara sorğu verilmişdir. Məlum olmuşdur ki, Vaz 21103 minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu adına qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 45-ci və 50-ci maddələrini rəhbər tutaraq Borclu məxsus Vaz 21103 minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə həbs qoyularaq, cərimə meydançasına yerləşdirilməsinə və tələbin həmin əmlaka yönəldilməsinə dair təqdimata baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. - 45.1 - 45.6-cı maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Şərh olunan normanın məzmunundan görünür ki, icra məmuru ilk növbədə borclu şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumatları vergi orqanlarından tələb etməli, tələbin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda digər əmlaka yönəldilməlidir. İcra işinin materiallarında icra məmuru tərəfindən borclunun banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətlərinin olub – olmaması barədə sorğulara rast gəlinmir. Bundan başqa icra sənədi üzrə icraata başlanıldığı tarixdən hal – hazıra kimi icra məmuru tərəfindən borc məbləğinin borclu tərəfindən həqiqətən də üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmadığına, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edilməsinə dair sübutlar olmadığına, borclunun yetərli pul vəsaitləri olub – olmaması barədə məlumatlar alınmadan icra məmuru tərəfindən tələbin borcluya məxsus olan avtomobilə yönəldilməsi barədə təqdimat verildiyinə görə məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 12-saylı ƏVBİ-nin **********286800 nömrəli 17.11.2020-ci il tarixli icra sənədi üzrə borcluya məxsus “Vaz 21103” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması, cərimə meydançasına yerləşdirilməsi və tələbin həmin əmlaka yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-201/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-201/2022
19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver