Məhkəmə qərarları › İş №8(044)-206/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-206/2022

19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-206/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tələbkar X2 iştirakı ilə, Tərtər rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(061)-392/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05.04.2021-ci il tarixli qərarla icraata başladığı Tərtər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(061)-392/2021 nömrəli, 02.03.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1995ci ildə anadan olmuş və Gəncə şəhəri Cavadxan prospekti Aqrar Tikinti İdarəsində məskunlaşan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək təqdimatı onunla əsaslandırmışdır ki, qeyd olunan icra sənədi 05.04.2021-ci il tarixində Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu təqdim edillmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aldiyyəti təşkilatlara sorğular göndərilmişdir, tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir aşkar edilməmişdir. Bununla yanaşı borcluya xəbərdarlıq verilmiş, izahatı alınmış və qanunun tələbləri ona izah edilmişdir. Eyni zamanda Borclu məhkəmə qərarını icra etmədiyinə görə Nizami rayon məhkəməsinin müvafiq qərarına əsasən 10 gün müddətində inzibatı qaydada həbs edilmişdir. Borclu icra sənədinin icrasını tam şəkildə təmin etməmiş və onun bu günə 3900 aliment borcu var. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və İcr haqqında Azərbaycan Resüpublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar X3 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimatı vermiş şəxs və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Tərtər rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(061)-392/2021 saylı icra sənədi üzrə borclu xx.xx.1995-ci ildə Daşkəsən rayonu, Zəylik kəndində anadan olmuş və Gəncə şəhəri Cavadxan prospekti Aqrar Tikinti İdarəsində məskunlaşan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar