Məhkəmə qərarları › İş №8(044)-21/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-21/2020

31.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-21/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-84 saylı icra sənədi üzrə Borclu məxsus Range Rover markalı, **-MN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri İcra İdarəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-84 saylı icra sənədiüzrə Borclu məxsus Range Rover markalı, **-MN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru X2 məhkəməyə ərizə ilə müraciət edərək borclu hazırda Bakı şəhərində yaşadığından icra sənədi aidiyyəti üzrə Bakı şəhərinə göndəriləcəyi üçün təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, icra məmurunun müraciəti nəzərə alınaraq təqdimat geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-84 saylı icra sənədi üzrə Borclu məxsus Range Rover markalı, **-MN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Gəncə şəhəri İcra İdarəsinin icra məmuru X1 təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar