Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-210/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin 20.06.2016-cı il tarixli, 2(013)-3315/2016 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 02.10.2020-ci il tarixli qərarla icraata başlanılmış Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-3315/2016 nömrəli, 20.06.2016-cı il tarixli icra sənədinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, döngə 1, 3, 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu X1, X3, Borclu 4440.2 manat məbləğində pul vəsaiti və 30.40 manat dövlət rüsumu tutularaq tələbkar BANK "BTB” ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək qeyd olunan icra sənədi 15.02.2021-ci il tarixində Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X1, X3, Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı vermiş şəxs, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2 və 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbədən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün təbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin hazırkı iş üzrə icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün bütün təbirlərin həyata keçirilməsini göstərən sənədlər iş materiallarına əlavə edilməmiş, borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanılmamışdır. Halbuki, təlimatın 2.3 və 2.3.4-cü bəndində qeyd olunmuşdur ki, icra sənədi üzrə tələb borclunun əmlakına yönəldikdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Yəni, sorğuların göndərildiyi və borcun yönəldilə biləcəyi əmlak aşkar edildiyi təqdirdə, ümumiyyətlə təqdimatla məhkəməyə müraciət olunmasına yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Şərh olunan normanın məzmununa görə borclunun ölkədən getmək hüququ barədə təqdimat icra məmuru tərəfindən əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, təqdimatın əsaslandırılması dedikdə icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Hazırki halda təqdimatda belə bir zərurətin nədə ifadə olunduğu qeyd olunmamışdır. X6 Məhkəməsi “Xyustov Rusiyaya qarşı” işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hərhansı bir əsas göstərilməmişdir. İcra məmurları tərəfindən həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X6 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun məhdudlaşıdırılması ilə bağlı tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Avropa Məhkəməsinin mövqeyinə görə konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda şərh olunan hüquq norması (84-1maddə) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun “Məhkəmə və digər orqanların qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinin pozulmasına görə məsuliyyət fəslində əks olunmuşdur. Bu onu göstərir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması borclunun barəsində tətbiq olunması nəzərdə tutulan məsuliyyət tədbiridir. Hüquqi mövqeyə görə şəxsin məsuliyyəti o halda yaranır ki, onun təqsiri sübuta yetirilmiş olsun. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi halı mövcud olmadığından borclu icra sənədini icra etməməyə görə təqsirli hesab edilə bilməz və onun barəsində məsuliyyət tədbirinin tətbiq edilməsi qanuni olmamaqla yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin 20.06.2016-cı il tarixli, 2(013)-3315/2016 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-210/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-210/2022
25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver