Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-219/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-1553/21 saylı, 14.10.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 2(013)-1553/21 saylı, 14.10.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşaq üçün 140 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına 28.10.2021-ci il tarixdə daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tələbin könüllü icrası haqqında bildiriş poçt vasitəsi ilə göndərilmiş və şəxsən təqdim edilmiş, lakin tələb borclu tərəfindən könüllü təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclunun Gəncə şəhəri üzrə İcra idarəsinə gəlməsi üçün xəbərdarlıq və məcburi gətiriləcəyi barədə xəbərdarlıq qərarı ünvanlanmış lakin Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və çağırışlara məhəl qoymamışdır. Bununlada məhkəmə qərarının icrasını təmin etmək mümkün olmamışdır. Borclu qətnamə üzrə aliment borcu 1130 manat təşkil edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası “İcra Haqqında'1 Qanununun 84.2ci maddəsinə əsasən cavabdehin məcburi gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 05.01.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1553/21 saylı, 14.10.2021-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1993-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Muradbəyli kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-219/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-219/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver