Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-220/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1902/20 nömrəli, 28.02.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1902/20 nömrəli, 28.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar MMC-nin xeyrinə xx.xx.1971-ci ildə Gürcüstanda anadan olmuş, Gəncə şəhəri, Ş.İ.Xətai pr.ev 89 mən 28-də qeydiyyatda olan X1 və Gəncə şəh.H.Əliyev pr.ev 87 mən 27-də qeydiyyatda olan Borclu cəmi 169 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, sənədi 16.05.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün borclular X4 və Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin borclular X4 və Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq bu günki tarixə qədər borclu borcunu ödəməmiş və Gəncə şəhəri üzrə İcra idarəsinə gəlməmişdir. Belə olduğu halda borclular X4 və Borclu hərəkəti icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayman şəxs kimi qiymətləndirilməlidir. Odur ki, Azərbaycan Respublikası İcra haqqında qanunun 84.2-ci maddəsinə əsasən borclular Borclu və X2 Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 24.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏ RARA ALDİ: İcra məmuru X3 təqdimatı təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1902/20 nömrəli, 28.02.2020-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1971-ci ildə Gürcüstan, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-220/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-220/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver