Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-229/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra X1 iştirakı ilə, 12-saylı ƏVBİ-nin 13.09.2021-ci il tarixli **********267800 saylı icra sənədinin icrası ilə əlaqədar borclunun əmlakı üzərinə həbs qoyulması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 12-saylı ƏVBİ-nin 13.09.2021-ci il tarixli **********267800 saylı qərarına əsasən borclu "xxxx" ASC-dən 2646.87 manat məbləğində vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İcra məmuru X3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, borclu Gəncə Quraşdırma ASC-nin təqdim etdiyi ödəniş qəbzinə əsasən 2640.87 manat vergi borcu ödənildiyi üçün təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmurunun müraciəti nəzərə alınaraq təqdimat geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra X1 ərizəsi təmin edilsin. 12-saylı ƏVBİ-nin 13.09.2021-ci il tarixli **********267800 saylı icra sənədinin icrası ilə əlaqədar borclunun əmlakı üzərinə həbs qoyulması tələbinə dair Gəncə şəhəri üzrə İcra idarəsinin icra X1 təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-229/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-229/2022
27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver