Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-231/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2, Borclu "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 iştirakı ilə, 12-saylı ƏVBİ-nin **********294200 nömrəli 12.03.2021-ci il tarixli icra sənədinin, 12saylı ƏVBİ-nin **********207000 nömrəli 03.04.2020-ci il tarixli icra sənədinin və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-609 nömrəli 24.07.2018-ci il tarixli icra sənədinin icraları ilə əlaqədar borclunun əmlakı üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12-saylı ƏVBİ-nin **********294200 nömrəli 12.03.2021-ci il tarixli icra sənədinə əsasən Borclu ASC-dən 16298.86 manat, 12-saylı ƏVBİ-nin **********207000 nömrəli 03.04.2020-ci il tarixli icra sənədinə əsasən 739.97 manat və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-609 nömrəli 24.07.2018-ci il tarixli icra sənədinə 24735.83 manat cəmi 41774.66 (qırx bir min yeddi yüz yetmiş dörd manat altmış altı qəpik) vergi borcu tutularaq dövlət büdcəsinə və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət gəlirinə tutulması qət edilmişdir. Məhkəmə icalsında ivara məmuru təqdimatı müdafə edərək bildirmişdir ki icra sənədi 09.04.2012-ci il tarixdə icraata daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 12.04.2012-ci il tarixdə, 14.07.2020-ci il tarixdə daxil olmuş 16.07.2020-ci il tarixdə və 10.10.2018-ci il tarixdə daxil olmuş 12.10.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş surəti tərəflərə və məhkəməyə göndərilmişdir. Borclu ASC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərilsədə, lakin borclu tələbi könüllü icra etməmişdir. Hər üç icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.2-ci, 45.6 maddəsinə borclunun tələbi yönəldəbiləcək əmlakının olub-olmaması barədə aidiyyəti orqanlara sorğu verilmişdir. Məlum olmuşdur ki, Gəncə şəhəri A.İsgəndərov küçəsi 0.3732 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3539.50 kvm olan 48 nömrəli qeyri yaşayış sahəsi Borclu ASC-nin adına qeydə alınmışdır. Göstərilənləri, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 45-ci və 50-ci maddələrini rəhbər tutaraq Borclu ASC-yə məxsus Gəncə şəhəri A.İsgəndərov küçəsi 0.3732 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3539.50 kvm olan 48 nömrəli qeyri yaşayış sahəsinin üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Borclu "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, hal hazırdaBorclu ASC heçnə istehsal etmir, fəaliyyəti dayandırıb. Onlara məxsus bina 2015-ci ildə sökülüb yerində yataqxana tikilib, tikilmiş yataqxana onların balansında deyil, onlara müvəqqəti order verilib. Sonda o, olmayan əmlakın üzərinə həbs qoyulmasının tələb edildiyi üçün, təqdimatın rədd edilməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, heçbir üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə icra məmurunun və borclunun izahatını dinləyib, təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icraları barədə borclulara bildirişlər verilmiş, xəbərdarlıq edilmiş, lakin tələb icra olunmamış, bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığından tələb borcluya məxsus olan əmlaka yönəldilməli və həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. 12-saylı ƏVBİ-nin **********294200 nömrəli 12.03.2021-ci il tarixli icra sənədinin, 12saylı ƏVBİ-nin **********207000 nömrəli 03.04.2020-ci il tarixli icra sənədinin və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-609 nömrəli 24.07.2018-ci il tarixli icra sənədləri üzrə Borclu ASC-yə məxsus Gəncə şəhəri A.İsgəndərov küçəsi 0.3732 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3539.50 kvm olan 48 nömrəli qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulsun və tələb həmin əmlaka yönəldilsin. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-231/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-231/2022
27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver