Məhkəmə qərarları › İş №8(044)-233/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-233/2022

27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-233/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 , İcra məmuru X1, Borclu iştirakı ilə, 12-saylı ƏVBİ-nin **********539700 nömrəli 13.07.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun əmlakı üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12-saylı ƏVBİ-nin **********539700 nömrəli 13.07.2020-ci il tarixli icra sənədinə əsasən 440.78 manat, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)423 nömrəli 07.06.2017-ci il tarixli icra sənədinə əsasən 432.92 manat vergi borcu dövlət büdcəsinə və 20 manat dövlət rüsumu dövlət gəlirinə, 2-2(83)-512 nömrəli 06.12.2017-ci il tarixli icra sənədinə əsasən 255.20 manat vergi borcu dövlət büdcəsinə və 30 manat dövlət rüsumu dövlət gəlirinə, 2-2(83)435 nömrəli 11.05.2018-ci il tarixli icra sənədinə əsasən 3854.17 manat vergi borcu dövlət büdcəsinə və 20 manat dövlət rüsumu gəlirinə ödənilməsi qət edilmişdir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi icraata daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərİlsədə, lakin borclu tələbi könüllü icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.2-ci maddəsinə uyğun olaraq tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə yönəlir. Ona görədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olub olmaması barədə sorğu verilmişdir. Lakin sorğunun cavabına əsasən borclunun adına bank hesablarında pul vəsaitlərinin olmadığı müəyyən edilmişdir. Aparılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Gəncə şəhəri Təbriz küçəsiqdə yerləşən 153 nömrəli fərdi yaşayış evi və Gəncə şəhəri Lermontov küçəsi 1 döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evi Borclu adına qeydə alınmışdır. Göstərilənlərə,“İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 45-ci və 50ci maddələrini və Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 90.4-cü maddələrini rəhbər tutaraq Borclu məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu qərarı məhkəmənin mülahizəsinəburaxmışdır. Tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə icra məmurunun və borclunun izahatını dinləyib, təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icraları barədə borclulara bildirişlər verilmiş, xəbərdarlıq edilmiş, lakin tələb icra olunmamış, bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığından tələb borcluya məxsus olan ünvan 2 ünvanda yerləşən evinin üzərinə yönəldilməli və həmin evin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. 12-saylı ƏVBİ-nin **********539700 nömrəli 13.07.2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulsun və tələb həmin əmlaka yönəldilsin. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar