Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-32/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(044)- 1864/2021 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ağca Hüseynovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ağca Hüseynova məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(044)-1864/2021 nömrəli icra sənədinə əsasən Tələbkar xeyrinə borclu xx.xx.1987-ci ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, A.Ziyadxanov küçəsi 197, ev 4, mənzil 1A-da qeydiyyatda olan və yaşayan Borclu bir uşağın saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Təqdimata baxılması barədə iş üzrə borclu, tələbkar və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, Gəncə şəhəri üzrə İcra İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə borclunun, tələbkarın və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ağca Hüseynova təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 13 iyul 2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti məhkəməyə və tərəflərə göndərilmiş, tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş göndərilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmiş, lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmiş, tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, Borclu borcunu ödəməmiş və Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməmişdir. Hazırda Borclu 882 manat məbləğində aliment borcu yaranmışdır. Borclu hərəkəti icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxs kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarından görünür ki, 13 iyul 2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş, xəbərdarlıqlar borcluya göndərilmiş, 06 dekabr 2021-ci il tarixdə Borclu barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(044)- 1864/2021 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-32/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-32/2022
22.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver