Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-327/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(044)- 1542/2021 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rafael Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rafael Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(044)-1542/2021 saylı icra sənədinə əsasən Borclu 16 sentyabr 2021-ci il tarixdən başlayaraq 22 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflərə və Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rafael Məmmədov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 15.11.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, 15.11.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti məlumat üçün tərəflərə göndərilmişdir. 15.11.2021-ci il tarixdə Borclu 10 gün könüllü icra müddətinin verilməsi barədə yazılı bildiriş borclunun ünvanına göndərilmişdir. 09.12.2021-ci il və 14.12.2021-ci il tarixlərdə borclunun ünvanına yazılı xəbərdarlıqlar göndərilmişdir. Xəbərdarlıq poçt xidməti tərəfindən qəbzə imza etdirilməklə şəxsən borcluya təqdim edilmişdir. Buna baxmayaraq, borclu aliment pulunu ödəməkdən və icra məmurunun çağırışlarına gəlməkdən qərəzli olaraq yayınmışdır. Elektron icra sistemi vasitəsi ilə sorğu verilmiş, borclunun əmlak vəziyyəti araşdırılmış, onun adına tələbin yönəldilə biləcəyi heç bir daşınar və daşınmaz əmlakı, əmək haqqı, pensiya və digər gəlirlər aşkar edilməmişdir. Hazırda Borclu aliment borcu 970 (doqquz yüz yetmiş) manat təşkil edir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarından görünür ki, Borclu məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(044)- 1542/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-327/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-327/2022
11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver