Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-331/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2(83)-1473/2015 nömrəli, 06.11.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2(83)-1473/2015 nömrəli, 06.11.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 334.72 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, icra sənədi 26.01.2016-cı il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qəbul edilməsini xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 31.03.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏ RARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2(83)-1473/2015 nömrəli, 06.11.2015-ci il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-331/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-331/2022
23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver