Məhkəmə qərarları › İş №8(044)-340/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-340/2022

23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-340/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, 12 saylı ƏVNİ-nin **********983900 nömrəli 12.11.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakın üzərinə həbsin qoyulması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 12 saylı ƏVNİ-nin **********983900 nömrəli 12.11.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1584.37 manat məbləğində vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra məmuru məhkəməyə ərizə göndərərək zərurət aradan qalxdığı üçün təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmurunun müraciəti nəzərə alınaraq təqdimat geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 ərizəsi təmin edilsin. 12 saylı ƏVNİ-nin **********983900 nömrəli 12.11.2021-ci il tarixli icra vərəqəsi üzrə Borclu əmlakın üzərinə həbsin qoyulması tələbinə dair Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar