Məhkəmə qərarları › İş №8(044)-341/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-341/2022

11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-341/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 mart 2021-ci il tarixli **********983400 saylı icra sənədinin icrası ilə bağlı Borclu MMC-yə məxsus avtomobillərin və torpaq sahələrində yerləşən əmlakların üzərinə həbs qoyulması və tələbin həmin əmlaklara yönəldilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynov Borclu MMC-nin adına qeydiyyatda olan “Shacman SX3314DT366” yük markalı **-JS-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX331 yük markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “Ford Granada” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Abşeron rayonu, Məmmədli kəndi, M.Şərifov küçəsi, 1 ünvanda 1.0640 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7328 kvm olan əmlakın, ünvan 1 ünvanda 0.30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 1623.40 kvm olan əmlakın və Abşeron rayonu, Məmmədli kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kvm olan əmlakların üzərinə həbs qoyulmasına və tələbin həmin əmlaklara yönəldilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 mart 2021-ci il tarixli **********983400 saylı icra sənədinə əsasən Borclu MMC-dən ********.19 (on bir milyon beş yüz on altı min doqquz yüz doxsan bir manat, on doqquz qəpik) manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Anar Hüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 12.10.2021-ci il tarixdə icraata daxil olmuş və 13.10.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və 12 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir. Borclu MMC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərilsədə, borclu tələbi könüllü icra etməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci, 45.6-cı maddəsinə əsasən borclunun tələbi yönəldə biləcək əmlakının olub-olmaması barədə aidiyyəti orqanlara sorğu verilmişdir. Məlum olmuşdur ki, “Shacman SX3314DT366” yük markalı **-JS-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX331 yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, “Ford Granada” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366 yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillər və Abşeron rayonu, Məmmədli kəndi, M.Şərifov küçəsi, 1 ünvanda 1.0640 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7328 kvm olan əmlak, ünvan 1 ünvanda 0.30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 1623.40 kvm olan əmlak və Abşeron rayonu, Məmmədli kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kvm olan əmlak Borclu MMC-nin adına qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci, 45-ci və 50-ci maddələrini rəhbər tutaraq Borclu MMC-yə məxsus olan “Shacman SX3314DT366” yük markalı **-JS-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX331 yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, “Ford Granada” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366 yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Abşeron rayonu, Məmmədli kəndi, M.Şərifov küçəsi, 1 ünvanda 1.0640 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7328 kvm olan əmlakın, ünvan 1 ünvanda 0.30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 1623.40 kvm olan əmlakın və Abşeron rayonu, Məmmədli kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kvm olan əmlakların üzərinə həbs qoyularaq tələbin həmin əmlaklara yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdimata əlavə edilmiş “nəqliyyat vasitəsi barədə məlumat”-ın surətindən görünür ki, Borclu MMC-yə məxsus “Shacman SX3314DT366” yük markalı **-JS-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX331 yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, “Ford Granada” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366 yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillər avtomobil vardır. Təqdimata əlavə edilmiş “əmlak barədə məlumat”-ların surətindən görünür ki, Borclu MMC-yə məxsus Abşeron rayonu, Məmmədli kəndi, M.Şərifov küçəsi, 1 ünvanda 1.0640 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7328 kvm olan əmlak, ünvan 1 ünvanda 0.30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 1623.40 kvm olan əmlak və Abşeron rayonu, Məmmədli kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kvm olan əmlak vardır. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, icra sənədi üzrə borc məbləğini nəzərə alaraq Borclu MMC-yə məxsus “Shacman SX3314DT366” yük markalı **-JS-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX331 yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, “Ford Granada” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366 yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Abşeron rayonu, Məmmədli kəndi, M.Şərifov küçəsi, 1 ünvanda 1.0640 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7328 kvm olan əmlakın, ünvan 1 ünvanda 0.30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 1623.40 kvm olan əmlakın və Abşeron rayonu, Məmmədli kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kvm olan əmlakın üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu MMC-yə məxsus “Shacman SX3314DT366” yük markalı **-JS-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX331” yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, “Ford Granada” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366 yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Abşeron rayonu, Məmmədli kəndi, M.Şərifov küçəsi, 1 ünvanda 1.0640 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7328 kvm olan əmlakın, ünvan 1 ünvanda 0.30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 1623.40 kvm olan əmlakın və Abşeron rayonu, Məmmədli kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kvm olan əmlakın üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar