Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-344/2022 12.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ağca Hüseynovanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ağca Hüseynova Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(044)-1864/2021 saylı icra sənədinə əsasən borclu- xx.xx.1987-ci ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu 08 iyul 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanıması üçün 07.05.2021-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. Təqdimat vermiş şəxs və tərəflər təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata, təqdimat vermiş şəxsin və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ağca Hüseynova təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 13.07.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq, tələb Borclu tərəfindən könüllü icra edilməmişdir. Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, icra sənədi üzrə müəyyən olunmuş borcu ödəməyəcəyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq edilmişdir. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığından, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2.1-ci, 2.2.1-ci və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. Belə ki, borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, habelə daşınar və yaxud daşınmaz əmlakın olub-olmaması haqqında aidiyyatı qurumlara sorğular edilmiş, lakin adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Borclu öz hərəkətsizliyi ilə, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığını sübuta yetirmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(044)-1864/2021 saylı icra sənədinə əsasən Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(044)- 1864/2021 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-344/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-344/2022
12.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver