Məhkəmə qərarları › İş №8(044)-345/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-345/2022

23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-345/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə 12-saylı ƏVBİ-nin **********275500 nömrəli 02.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 12-saylı ƏVBİ-nin **********275500 nömrəli 02.02.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 10909.78 (on min doqquz yüz doqquz manat yetmiş səkkiz qəpik) manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, icra sənədi 03.05.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 05.05.2021-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş surəti tərəflərə və 12-saylı ƏVBİ-nə göndərilmişdir. Borclu tələbin könülü icrası haqqında bildiriş və çağrış vərəqəsi poçt vasitəsilə göndərilmişdir. Lakin Borclu tələbi könüllü icra etməmiş və çağrışa gəlməmişdir. 05.05.2021-ci il tarixli Borclu xəbərdarlıq göndərilsədə, lakin borclu Gəncə şəhər üzrə İcra İdarəsinə gəlməmiş və gəlməmək səbəbin bildirməmişdir. İcra sənədinin icrası ilə bağlı 02.02.2021-ci il tarixdə Borclu məcburi gətirilmə barədə qərar və xəbərdarlıq göndərilərək Gəncə şəhər üzrə İcra İdarəsinə gəlməsi və borcunun ödənilməsi üçün vaxt verilsədə, Gəncə şəhər üzrə İcra İdarəsinə gəlməmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 maddəsini rəhbər tutaraq ünvan 1 ünvanında yaşayan Borclu Gəncə şəhər üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə təqdimata baxılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 09.02.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏ RARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. 12-saylı ƏVBİ-nin **********275500 nömrəli 02.02.2021-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında yaşayan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar