Məhkəmə qərarları › İş №8(044)-347/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-347/2022

23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-347/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-363/2014 saylı, 18.06.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-363/2014 saylı, 18.06.2014-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 21 yanvar 2014-cü il tarixdən başlayaraq 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 95 (doxsan beş) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Borclu idarəyə dəvət edilmiş, lakin o, çağırışlara məhəl qoymayaraq idarəyə gəlməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına heç bir əmlak müəyyən edilməmişdir. Odur ki, icra işinin icrasını təmin etmək məqsədi ilə borclu ölkəyə girib çıxdığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu ölkə hüdudlarından kənarda olduğu üçün Nizami Rayon Məhkəməsinin 2(044)- 363/2014 saylı, 18.06.2014-cü il tarixli icra sənədlərini icra etmək mümkün olmur. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-cı maddəsini rəhbər tutaraq borclu şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-363/2014 saylı, 18.06.2014-cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar