Məhkəmə qərarları › İş №8(044)-350/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-350/2022

12.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-350/2022 12.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2012-ci il tarixli, 2(044)- 1102/2012 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadə məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2012-ci il tarixli, 2(044)-1102/2012 saylı icra sənədinin icrası ilə bağlı Borclu 22.08.2006-cı il tarixdə anadan olmuş X4 və 16.10.2007ci il tarixdə anadan olmuş X1 üçün 31.05.2012-ci il tarixdən başlayaraq hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment Tələbkar və 20 (iyirmi) manat dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 06.08.2012-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və Borclu tələbin könüllü icrası ilə bağlı bildiriş poçt vasitəsilə göndərilmiş, lakin borclu tələbi könüllü icra etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Eyni zamanda 01.03.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Bununla yanaşı borclunun əmlakı, gəliri, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmaması barədə sorğu verilmiş, lakin X2 əldə edilmiş məlumata əsasən borclunun adına heç bir əmlak, gəlir, bank hesabı və digər kredit təşkilatlarda pul vəsaiti olmadığı müəyyən edilmişdir. Bundan əlavə Borclu qeydiyyatda olduğu ünvana Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməsi üçün xəbərdarlıqlar göndərilmiş, lakin borclu çağırış üzrə idarəyə gəlməmişdir. Qeyd edilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 01 mart 2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarından görünür ki, Borclu məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2012-ci il tarixli, 2(044)- 1102/2012 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar