Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-355/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2680/2021 saylı, 15.07.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 03.08.2021-ci il tarixli qərarla icraatına başlanılan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2680/2021 saylı, 15.07.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 1817 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Borclu könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, borclu borcunu tam şəkildə ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. İcra sənədinin icrasini təmin etmək məqsədi ilə borclunun əmanəti, əmlakı və gəlirləri barəsində müvafıq idarə və təşkilatlara sorğular edilərək hec bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1963-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2680/2021 saylı, 15.07.2021-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1963-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-355/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-355/2022
23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver