Məhkəmə qərarları › İş №8(044)-36/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-36/2022

15.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-36/2022 15.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Borclu iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(104)-1749/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Apellyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(104)-1749/2019 saylı icra sənədinə əsasən Borclu hər ay iki uşağın saxlanılması üçün 280 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Borclu qətnamə üzrə borcu 1500 manat təşkil edir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək həmin icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir.Tələbin könüllü icrası haqqında borcluya bildiriş sms vasitəsilə göndərilmişdir. Lakin tələb Borclu tərəfindən könüllü təmin edilməmişdir. Borclu icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə xəbərdarlıq olunmuşdur. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığı üçün “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında təlimat”ın 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş bütün qaydalar həyata keçirilmişdir. Yəni Borclu adına bankda pul vəsaitinin, depozitinin, əmanətin, habelə daşınar və yaxud daşınmaz əmlakın olub olmamasına dair aidiyyatı dövlət qurumlarına sorğular verilmiş, icra tədbirləri nəticəsində Borclu cəmi 250 manat əməkhaqqı aldığı məlum olmuşdur. Hər ay həmin əməkhaqqının 70 faizinin Tələbkar hesabına tutulması üçün tutqu məktubu göndərilmişdir. Bütün bu xəbərdarlıqlara qanunvericilikdə nəzərdə tutulmuş qaydalar ona izah olunmasına baxmayaraq Borclu öz hərəkətsizliyi ilə, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığını sübuta yetirmişdir. Borclu məhkəmə iclasında bildirmişdir ki, o, heç vaxt borcundan yayınmamış, belə ki, o, borcundan müxtəlif tarixlərdə ödəniş etmiş, 2020-ci ilin oktyabr ayında hesab açılıb və ondan sonra o, hər ay gücü çatdığı qədər ödəniş edir. O, 1500 manat borcun 600 manatını ödəmişdir. O, ödənişlər barədə çekləri və qəbzləri məhkəməyə təqdim etmişdir. Sonda borclu təqdimatın rədd edilməsini xahiş etdi. Təqdimatı vermiş şəxs və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2 və 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunan normanın məzmununa görə icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Lakin borclu tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, o, 16.10.2020-ci il tarixdə 500 manat, 26.11.2020-ci il tarixdə 380 manat, 28.01.2021-ci il tarixdə 370 manat, 01.03.2021-ci il tarixdə 350 manat, 31.03.2021-ci il tarixdə 370 manat, 30.04.2021-ci il tarixdə 350 manat, 30.08.2021-ci il tarixdə 350 manat, 29.09.2021-ci il tarixdə 350 manat, 16.10.2021-ci il tarixdə 500 manat, 01.11.2021-ci il tarixdə 370 manat, 31 may 2021-ci il tarixdə 350 manat, 01.11.2021-ci il tarixdə 350 manat, 30.11.2021-ci il tarixdə 350 manat, 31.01.2022-ci il tarixdə 350 manat, 14.02.2022-ci il tarixdə 600 manat tələbkara ödəniş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 16.03.2020-ciil tarixli, 2(104)-1749/2019 saylı icra sənədi Borclu tərəfindən icra olunduğu və həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməmə faktı olmadığı üçün təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(104)-1749/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 oğlunun təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar