Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-371/2022 17.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(044)- 735/2020 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(044)-735/2020 saylı icra sənədinə əsasən cavabdeh Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Təqdimata baxılması barədə iş üzrə tərəflərə və Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, Gəncə şəhəri üzrə İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi icraata daxil olmuş, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu məxsus 055 635 45 37saylı mobil nömrəsi ilə 02.03.2022-ci il tarixdə saat 12:00-da əlaqə saxlanılmış, Gəncə şəhəri üzrə İcra İdarəsinə 03.03.2022-ci il tarixə saat 11:00-a dəvət edilmiş, gəlməyəcəyi halda məcburi gətirilməsi haqqında qərar qəbul olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, hər-hansı üzrlü səbəb göstərmədən Gəncə şəhəri üzrə İcra idarəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də barəsində 03.03.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərar qanun qüvvəsini almış, ona görə də hazırda müvafiq təqdimatla məhkəməyə müraciət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən təqdimatın təmin edilməsini, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu Gəncə şəhri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(044)-735/2020 saylı icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 13 yanvar 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayev 03 mart 2022-ci il tarixdə Borclu məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(044)- 735/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-371/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-371/2022
17.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver