Məhkəmə qərarları › İş №8(044)-379/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-379/2022

25.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-379/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6583/2020 saylı, 22.10.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X2, Borclu1, Borclu2 və Borclu3 məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6583/2020 saylı, 22.10.2020-ci il tarixli icra sənədinə əsasən 40203 manat və 18509 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) X4, Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 32498 manat və 13335 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə) X4 və Borclu1 müştərək qaydada və 10000 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) X4, Borclu1, və Borclu3 müştərək qaydada tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, tələbin könüllü icrası üçün borclular Borclu1, Borclu2 və Borclu3 rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin borclular Borclu1, Borclu2 və Borclu3 tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişlər. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq bugünkü tarixə qədər borcundan heç bir ödəniş etməmişdir. Borclular Borclu1, Borclu2 və Borclu3 həmin borcu ödəməkdən yayınırlar, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınırlar. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 84.2-ci maddəsinə əsasən borclular Borclu1, Borclu2 və Borclu3 məcburi gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş telefonaqramlardan görünür ki, borclularla əlaqə saxlanılmış, Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuşlar, lakin onlar icra idarəsinə gəlməyəcəklərini bildirmişlər. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6583/2020 saylı, 22.10.2020-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1980-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyata olan Borclu2, xx.xx.1979-cu ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu1, xx.xx.1987-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu3 Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar