Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-428/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(044)-488/2019 saylı icra sənədinin icrası ilə bağlı Borclu məxsus fərdi yaşayış evi üzərinə həbs qoyulması və tələbkara məcburi saxlanca verilməklə hərraca yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şakir Şabanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şakir Şabanov Borclu adına qeydə alınan ünvan 1 ünvanda yerləşən ********* qeydiyyat nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına və tələbkara məcburi saxlanca verilməklə hərraca yönəldilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(044)-488/2019 saylı icra sənədinə əsasən Borclu və X1 10.800 (on min səkkiz yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflərə və Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şakir Şabanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasının könüllü təmin olunması məqsədi ilə Borclu 10 gün müddətində vaxt verilmişdir. Lakin, borclu bugünkü tarixədək tələbi könüllü icra etməmiş və qətnamə üzrə qeyd olunan borcdan heç bir ödəniş etməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(044)-488/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydə alınan ünvan 1 ünvanda yerləşən ********* qeydiyyat nömrəli evin üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq borclunun əmlakı üzərinə həbs qoyularaq tələbkara məcburi saxlanca verilməklə hərraca yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdimata əlavə edilmiş “əmlak məlumatları” barədə sorğunun surətindən görünür ki, Borclu məxsus ünvan 1 ünvanda ********* qeydiyyat nömrəli fərdi yaşayış evi vardır. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli və Borclu məxsus ünvan 1 ünvanda yerləşən ********* qeydiyyat nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat qismən təmin edilsin. Borclu adına qeydiyyatda olan ünvan 1 ünvanda yerləşən ********* qeydiyyat nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-428/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-428/2022
23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver