Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-43/2022 15.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(044)- 1988/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(044)- 1988/2019 saylı icra sənədinə əsasən Borclu hər ay iki uşağın yütkinlik yaşına çatanadək saxlanması üçün 320 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Borclu qətnamə üzrə borcu 9920 manat təşkil edir. Gəncə şəhəri üzrə İcra idarəsi icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş və şəxsən təqdim edilmişdir, lakin tələb Borclu tərəfindən könüllü təmin edilməmişdir. Borclu Gəncə şəhər üzrə İcra İdarəsinə dəvət olunmuş, ancaq borclu idarəyə gəlməmişdir. Bununla yanaşı icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə xəbərdarlıq olunmuşdur. Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığı üçün tərəfimizdən “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqiq qaydaları haqqında təlimat”ın 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş bütün qaydalar həyata keçirilmişdir. Yəni Borclu adına bankda pul vəsaitinin, depozitinin, əmanətin, habelə daşınar və yaxud daşınmaz əmlakının olub olmamasına dair aidiyyatı dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir dəyərli əmlak aşkar etmək mümkün olmamışdır. Bütün bu xəbərdarlıqlara, qanunvericilikdə nəzərdə tutulmuş qaydalar ona izah olunmasına baxmayaraq Borclu öz hərəkətsizliyi ilə, icra səndəinin icrasından qərəzli olaraq boyun qaçırdığını sübuta yetirmişdir. Odur ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.1.1-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 06.12.2021-ci il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş verilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Gəncə Şəhər Nizami Rayon 29.05.2019-cu il tarixli, 2(044)-1988/2019 saylı icra sənədi üzrə borclu – xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-43/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-43/2022
15.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver