Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-440/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, 12-saylı ƏVBİ-nin **********862400 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İcraatımızda olan 12-saylı ƏVBİ-nin **********862400 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1040 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə təqdimat göndərilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-121/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz E 220 CDİ” markalı **-OV-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Anar Hüseynov məhkəməyə təqdimat verərək Borclu məxsus “Mercedes Benz E 220 CDİ” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və 12-saylı ƏVBİ-nə göndərilmişdir. Borcluya tələbin könüllü icrası haqqənda bildiriş göndərilsə də, borclu tələbi könüllü icra etməmişdir. İcra tədbirləri zamanı Borclu məxsus “Mercedes Benz E 220 CDİ” minik markalı **-OV-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması üçün Gəneə şəhəri Nizami Rayon Məhkəməməsinə təqdimatla müraciət olunmuşdur. 12-saylı ƏVBİ-nin **********862400 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “Mercedes Benz E 220 CDİ” minik markalı **-OV-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Borclu tərəfindən 1040 manat vergi borcu dövlət büdcəsinə ödənilmişdir. Azərbayca Respublikası Qanunun 20.1.4-cü maddəsini rəhbər tutaraq Borclu adına qeydə alınmış “Mercedes Benz E 220 CDİ” minik markalı **- OV-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan: - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)- 121/2022-ci il tarixli qərardadından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-121/2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “Mercedes Benz E 220 CDİ” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. - Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Borclu tərəfindən 1140 manat vergi borcu dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-121/2022-ci il tarixli icra sənədi tam icra olunduğundan həmin icra sənədinə əsasən Borclu məxsus “Mercedes Benz E 220 CDİ” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru Anar Hüseynovun təqdimatı təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-121/2022ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz E 220 CDİ” markalı **-OV- *** dövlət qeydiyyatlı nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-440/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-440/2022
07.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver