Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-471/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Borclu2 iştirakı ilə, Borclu2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin üzərindən həbsin götürülməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadə Borclu2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(044)-945/2011 saylı icra sənədinə əsasən Borclu1 Cümşüd qızından və Borclu2 Tələbkar X1 xeyrinə cəmi 1246,22 (min iki yüz qırx altı manat, iyirmi iki qəpik) manat məbləğində tutulmalıdır. Məhkəmə iclasında iştirak edən Borclu2 bildirdi ki, o, icra sənədi üzrə olan borcunu tam şəkildə ödəmişdir. Məhkəmədən təqdimatın təmin edilməsini, ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad çıxarılmasını xahiş etdi. Təqdimata baxılması barədə iş üzrə digər borclu, tələbkar və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 02.09.2011-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 06.09.2011-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və məhkəməyə göndərilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək, qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin borclu tələbi müəyyən edilmiş vaxt ərzində könüllü icra etməmiş və idarəyə gəlməmişdir. Borclu tələbi könüllü icra etmədiyi üçün Gəncə şəhəri Nizami rayon məhkəməsinin 20 fevral 2012-ci il tarixli, 8(044)-30/2012 saylı qərardadına əsasən Borclu2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Mövcud borc ödənildiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2012-ci il tarixli, 8(044)-30/2012 saylı icra sənədi üzrə Borclu2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Borclu2 məxsus mənzilin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2012-ci il tarixli, 8(044)- 30/2012 saylı qərardadının surətindən görünür ki, Borclu2 adına olan ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Tələbkar ASC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanan 10 may 2022-ci il tarixli məlumatın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(044)-945/2011 saylı icra sənədi üzrə borclular Borclu1 Cümşüd qızının və Borclu2 LPO Tələbkar ASC qarşısında borc öhdəliyi mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Borclu2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2012-ci il tarixli, 8(044)-30/2012 saylı qərardadı ləğv olunsun. ünvan 1 ünvanda yerləşən mənzilin üzərindən həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-471/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-471/2022
06.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver