Məhkəmə qərarları › İş №8(044)-51/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-51/2022

24.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-51/2022 24.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 2-(004)-628/2021 saylı icra sənədinin icrası ilə bağlı Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rafael Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rafael Məmmədov Borclu məxsus olan “VAZ-21061” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 2-(004)-628/2021 saylı icra sənədinə əsasən 12.10.2020-ci il tarixdən başlayaraq, Borclu 02.01.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, Gəncə şəhəri üzrə İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Rafael Məmmədov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 30.03.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti məlumat üçün tərəflərə göndərilmişdir. 13.07.2021-ci il tarixdə Borclu iş üzrə tələbin 10 gün ərzində könüllü icrası ilə bağlı bildiriş imza etdirilməklə şəxsən təqdim edilmişdir. Bundan əlavə, 09.12.2021-ci il tarixdə icra tələbinin yerinə yetirilməsi məqsədi ilə borclunun ünvanına yazılı xəbərdarlıq göndərilmiş, xəbərdarlığın xəbərnaməsinə poçt xidməti tərəfindən edilmiş qeydə əsasən borclunun ünvan 1 ünvanında yaşamadığı məlum olmuşdur. Həmçinin, 13.01.2022-ci il tarixdə həmin ünvana gedilmiş, borclunun ünvanda yaşamaması barədə akt tərtib edilmişdir. Hal-hazırda Borclu aliment borcu 2550 manat təşkil edir. Elektron İcra sistemi vasitəsi ilə Borclu əmlak vəziyyəti araşdırılmış, onun adına tələbin yönəldilə biləcəyi əmlak-avtomobil aşkar edilmişdir. Belə ki, Borclu adına 1984-cü il buraxılışlı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı, sedan tipli, solğun bej rəngli “VAZ-21061” markalı minik avtomobilinin qeydiyyatda olduğu məlum olmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, icra sənədinin icraatını təmin etmək məqsədilə Borclu məxsus olan 1984-cü il buraxılışlı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı, sedan tipli, solğun bej rəngli “VAZ-21061” markalı minik avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Təqdimata əlavə edilmiş “nəqliyyat vasitəsi barədə məlumat”-ın surətindən görünür ki, Borclu məxsus “VAZ-21061” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu məxsus “VAZ-21061” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ-21061” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar