Məhkəmə qərarları › İş №8(044)-6/2019

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-6/2019

03.01.2019 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-6/2019 03.01.2019 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman qızı sədrliyi Məhkəmə iclas katibi Ələkbərli Roman Nəriman qızı iştirakı ilə açıq məhkəmə iclasında X1 Rayon Məhkəməsinin _________ tarixli, ______ saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinin ________ tarixli, _______ saylı qətnaməsinə əsasən ____________qət edilmiş və həmin icra sənədi icraya yönəldilmişdir və Gəncə şəhəri üzrə İcra idarəsində icraata başlanmışdır. __________ tarixdə Gəncə şəhəri üzrə İcra idarəsi icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, ________Məhkəməsinin _______ tarixli, ______saylı icra vərəqəsi _________ tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. Lakin Borclu qanunla müəyyən edilmiş müddət ərzində icra məmurunun qanuni tələblərini könüllü yerinə yetirməməklə borcu ödəməmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq icra məmuru Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmurunun təqdimatı təmin edilsin. X1 Rayon Məhkəməsinin ___________ tarixli, __________ saylı icra sənədi üzrə borclu, ___________ yaşayan, _________ ildə ________ doğulmuş Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan X1 Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar